Serbiya mediasında Respublika Günündən bəhs edilib

30.05.2021

Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Zərifə Əlizadənin təşəbbüsü ilə https://www.danas.rs xəbər portalında 28 may –Respublika Günündən bəhs edən məqalə yayımlanıb.
Məqalədə 103 il öncə Azərbaycanın dövlətçilik tarixində əlamətdar hadisənin baş verdiyinə, müsəlman dünyasında ilk dünyəvi, demokratik, çoxpartiyalı sistemə malik Azərbaycan Demokratik Respublikasının (ADR) qurulduğuna diqqət cəlb edilib. ADR-in yaranma tarixi və fəaliyyəti barədə müfəssəl məlumat verilib, dövlət atributlarının, demokraik institutların yaradılması, fundamental azadlıqların təmin olunması istiqamətində əldə edilən nailiyyətlər sadalanıb.
Dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin ADR-in siyasi və hüquqi varisi olan müasir Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin olunmasında misilsiz xidmətlər göstərdiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qürur hissi ilə Qarabağa böyük qayıdışa hazırlaşdığı nəzərə çatdırılıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.danas.rs/svet/azerbejdzan-obelezava-dan-republike-28-maja/