İngiltərənin London şəhərində Ermənistandan minalanmış ərazilərin xəritəsi tələb edilib

24.04.2021

Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Qrup” təşkilatının üzvləri və bu ölkədə yaşayan Azərbaycan icmasının fəalları tərəfindən London şəhərində yerli əhaliyə Ermənistanın işğaldan azad olmuş ərazilərə dair mina xəritələrini dövlətimizə təqdim etməməsi ilə bağlı məlumatlandırıcı lifıetlər paylanılıb. Paralel olaraq, şəhərin mərkəzi yerlərində, avtobus dayanacaqlarında məlumatlar yerləşdirilib, məlumatlandırıcı bannerlər asılıb.

Üzərində Ermənistanın işğaldan azad olmuş ərazilərə dair mina xəritələrini dövlətimizə təqdim etməməsi ilə bağlı məlumatları əks etdirən elektron lövhə quraşdırılmış kiçik yük maşını London şəhərinin mərkəzi küçələrində Trafalqar meydanı, Pikkadilli Sirki, Parlament meydanı, Sauz Bənk (South Bank) marşurutu üzrə hərəkət edib.