İsveçrədəki diaspor üzvləri ilə fəaliyyət perspektivləri müzakirə edilib

22.04.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə İsveçrədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin üzvlərinin və "Qarabağ" Azərbaycan məktəbinin müəllimlərinin onlayn görüşü təşkil edilib.
Görüş zamanı "Qarabağ" məktəbinin gələcək fəaliyyət istiqamətləri və həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib. Tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların xəritələrinin beynəlxalq qanunlara zidd olaraq Azərbaycana verilməsindən imtina olunmasına etiraz əlaməti olaraq İsveçrədə keçiriləcək tədbirlərdən danışıblar. 24 aprel qondarma soyqırımına dair erməni yalanlarının qarşısının alınması və əsl həqiqətlərin İsveçrə ictimaiyyətinə çatdırılması barədə fikir mübadiləsi aparılıb.
Tədbir postpandemiya dönəmində diaspor təşkilatlarının fəaliyyətinin təşkilinə dair təkliflərin səsləndirilməsilə yekunlaşıb.