Zalsburq şəhərindəki Azərbaycan Evində Novruz bayramı qeyd edilib

28.03.2021

Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Novruz bayramına həsr olunmuş tədbir təşkil olunub.
Bayram şənliyində Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Zalsburqdakı Azərbaycan icmasının üzvləri iştirak ediblər. Soydaşlarımız tarixi Vətənlərindən uzaqda da xalqımıza məxsus milli adət-ənənələtin unudulmaması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıblar. Buikli Novruz bayramının azad olunmuş Qarabağ torpaqlarında qeyd olunmasının, xüsusilə Şuşa şəhərində Prezident, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva tərəfindən bayram tonqalının alovlandırılmasının dünya azərbaycanlılarında fəxarət hissi doğurduğu vurğulanıb.
Tədbir milli musiqilərin səsləndirilməsi, Novruza xas əyləncəli oyunların keçirilməsi ilə davam etdirilib.