Vyanada Novruz bayramının tarixindən danışılıb

28.03.2021

Avstriya–Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşkilatçılığı ilə Vyana şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Vyanada yaşayan Azərbaycan və Türkiyə icmasının üzvləri, həmçinin digər millətlərin nümayəndələri iştirak ediblər. AZER-DER-in rəhbəri Yardım Günəş tədbir iştirakçılarına Novruz bayramının tarixi və mahiyyəti barədə ətraflı məlumat verib. 28 il sonra Azərbaycanın qədim Şuşa şəhərində bayram tonqalının alovlandırılmasının bütün Türk Dünyasında ikiqat sevinclə qarşılandığı nəzərə çatdırılıb. Bu böyük sevinci xalqımıza yaşadan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, ordumuzun bütün əsgər və zabitlərinə minnətdarlıq ifadə edilib, şəhidlərimizin ruhuna dualar oxunub.
Tədbirdə Novruz bayramının rəmzi sayılan səməni və digər atributlar, milli geyimlərimiz, çalğı alətlərimiz nümayiş etdirilib. Saz və tar alətlərində Novruza həsr olunmuş musiqilər təqdim olunub.