Marneuli rayonunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

27.03.2021

Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) xalqımızın qədim Novruz bayramına həsr olunmuş şənlik keçirilib.
Tədbirdə məktəbəqədər hazırlıq kursunun şagirdləri və onların valideynləri iştirak ediblər. Mərkəzin məktəbəqədər hazırlıq üzrə müəllimi Hafizə Qasımovanın rəhbərliyi ilə təqdim olunan bayram şənliyi zamanı şagirdlər Novruza həsr olunmuş şeirlər söyləyib, mahnılar səsləndirib, rəqslər ifa edib, kiçik səhnələr göstərib və yumurta döyüşdürüblər.
Valideynlər övladlarına unudulmaz və əyləncəli bayram əhval-ruhiyyəsi yaşatdıqlarına görə GAİM rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər.