İspaniya mediasında beynəlxalq ictimaiyyətin Xocalı soyqırımını tanıyacağına ümid ifadə edilib

02.03.2021

İspaniyadakı soydaşlarımızın təşəbbüsü ilə ölkənin "tuvozenpinares.com" xəbər portalında "Xocalı soyqırımı: XX əsrin dəhşətləri" sərlövhəli məqalə yerləşdirilib.
Soyqırımların bəşəriyyətin ən sağalmaz yaraları adlandırıldığı məqalədə Holokost, Katın, Lidisa, Oradur, Songmi soyqırımları ilə yanaşı, dünyada faşıst siyasəti yürüdən erməni dövləti tərəfindən Xocalı soyqırımı kimi insanlığa zidd bir cinayətin də törədildiyinə diqqət cəlb edilib: "Xocalı soyqırımı insanın vəhşicəsinə öldürülməsinin sübutudur".
Məqalədə ermənilərin azərbaycanlılara qarşı yürütdükləri etnik təmizləmə və işğal siyasəti, Xocalı soyqırımı, bu faciəyə siyasi-hüquqi qiymətin ilk dəfə görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamentində verildiyi, hazırda bir sıra dövlətlərin Xocalıda baş verənləri soyqırımı aktı kimi tanıdıqları, Azərbaycan dövlətinin bu qətliamın tanıdılması və erməni cinayətkarlarının cəzalandırılması üçün ardıcıl tədbirlər gördüyü, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Azərbaycan diaspor təşkilatlarının iştirakı ilə təbliğat işlərinin, kütləvi aksiyaların aparıldığı barədə məlumat verilib.
Həyata keçirilən tədbirlərin Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması ilə nəticələnəcəyinə ümid ifadə edilib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkümdür:
https://www.tuvozenpinares.com/articulo/reportaje/genocidio-khojaly-horrores-siglo-xx/20210226191047031369.htm