Latviya mediasında Xocalı soyqırımının unudulmadığına diqqət cəlb edilib

01.03.2021

Latviyada fəaliyyət göstərən "Azəri"` gənclər təşkilatının sədri Amil Səlimovun təşəbbüsü ilə ölkənin "lz.lv" xəbər portalında "Bu gün Latviya azərbaycanlıları Xocalı qətliamının qurbanlarını yad edirlər" sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə bildirilib ki, hər il dünya azərbaycanlıları fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsini hörmətlə yad edirlər. Qeyd edilib ki, bu mənada Latviya da istisna deyil. Hər il Riqada yürüşlər təşkil edilir, "Xocalıya ədalət!" beynəlxlaq məlumatlandırma kampaniyası çərçivəsində mütəxəssislərin iştirakı ilə konfranslar və anım tədbirləri keçirilir.
Yazıda "Azəri" Gənclər Mərkəzinin rəhbəri Amil Səlimovun da fikirlərinə yer verilib. Soydaşımız bildirib ki, hər bir azərbaycanlı iclas və konfrans olmadan öz ailəsi ilə birlikdə Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anır. Bu il pandemiya məhdudiyyətlərinə görə, çoxsaylı aksiyalar keçirmək mümkün olmasa da bütün azərbaycanlılar sosial media şəbəkələri vasitəsilə soyqırımı faciəsini yaşayanlarla birlikdə kədərlərini ifadə edirlər.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı dəhşətli soyqırımı törətdiyi barədə ətraflı məlumat verilib, xarici jurnalistlərin faciə yerində gördüklərindən dəhşətə gəldikləri və təmsil etdikləri nəşrlərdə bu barədə bütün təfərrüatı ilə yazdıqları nəzərə çatdırılıb, onlardan iqtibaslar gətirilib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://lz.lv/p/segodnia-azerbaidzhantsy-latvii-pominaiut-zhertv-khodzhadinskoi-rezni-87170