Macarıstan mediasında Xocalı soyqırımından bəhs edilib

27.02.2021

Macarıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun təşəbbüsü ilə https://dailynewshungary.com xəbər portalında Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş məqalə yayımlanıb.
Bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor üzvü Pərvanə Qarayevanın qələmə aldığı məqalədə 1992-ci ilin fevralında erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyilə mülki xocalılara qarşı misli görünməmiş soyqırımı aktı törətdiklərinə diqqəti cəlb edilib.
Müəllif təəssüflə qeyd edib ki, beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına gecikən reaksiyası Srebrenitsa soyqırımı kimi sonrakı oxşar cinayətlərə yol açıb.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://dailynewshungary.com/khojaly-genocide-marks-its-29th-anniversary-readers-letter