ABŞ-ın Roli şəhərində "Xocalıya ədalət!" tələbi nümayiş etdirilməkdədir

25.02.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndəsi Adika İqbalın təşkilatçılığı ilə Roli şəhərində "Xocalıya ədalət!" şüarı yazılmış lövhə yerləşdirilib.
Şəhərin mərkəzi avtomobil magistralında yerləşdirilən lövhədə erməni silahlı birləşmələrinin Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi soyqırımın baş vermə tarixi və faciədən fotoşəkillər əks olunub.
Lövhədəki şüar və məlumatların iki həftə ərzində nümayiş etdirilməsi nəzərdə tutulub.