“What Armenians did in Karabakh?” adlı videoçarx ərsəyə gətirilib

19.02.2021

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Almaniyanın Bremen şəhərində fəaliyyət göstərən “Azerbaijan Society Team”-in təşkilatçılığı ilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məqsədilə “What Armenians did in Karabakh?” (“Ermənilərin Qarabağda etdikləri”) adlı videoçarx ərsəyə gətirilib.
Bir dəqiqəlik videoçarxda ermənilərin Şuşa, Zəngilan, Qubadlı, Ağdam məscidlərində və ümumilikdə Qarabağdakı mədəni irs nümunələrimizə vurduğu ziyan, törətdikləri ekoloji terror və tarixi saxtalaşdırmaq cəhdləri faktlarla işıqlandırılaraq dünya ictimaiyyətinə çatdırılıb.
Videoçarxı “Azerbaijan Society Team”-in aşağıdakı sosial şəbəkə hesablarından izləmək mümkündür:
https://www.instagram.com/azerbaijansocietyteam/
https://www.facebook.com/azerbaijansocietyteam/
https://www.youtube.com/channel/UCQna11QM3nviUwJ0vvXd_KQ