Əsgər anasının cənazəsi vətənə gətirilir

05.02.2021

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən Rəşad Hacızadə Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edərək anasının Türkiyənin Balıkəsir şəhərində vəfat etdiyini bildirib və mərhumun cənazəsinin Azərbaycana gətirilməsi üçün kömək istəyib.
Əsgərin müraciətinə dərhal cavab verilib və Azərbaycan Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Hacıyeva Afaq Yaqub qızının nəşinin ölkəmizə gətirilməsi üçün Dövlət Komitəsi tərəfindən zəruri addımlar atılıb. Cənazə artıq Türkiyədən yola salınıb və bu gün axşam Bakıya çatacağı gözlənilir.
Qeyd edək ki, mərhum Afaq Hacızadə qızı Nərmin Hacızadənin Türkiyədə təhsil alması səbəbindən qonşu ölkədə müvəqqəti yaşayırmış.