Diaspor üzvünün məqaləsində Cənubi Qafqazın gələcək perspektivlərindən bəhs edilib

28.01.2021

Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvü Aynur Bəşirovanın "Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın gələcəyi necə ola bilər" sərlövhəli məqaləsi "Republic Underground" xəbər portalında yayımlanıb.
Məqalədə Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılaşmasından sonra yaranmış mövcud vəziyyətdən və Cənubi Qafqazı, xüsusilə də Ermənistanı gözləyən perspektivlərdən bəhs olunub. Qeyd edilib ki, hazırkı durum ilk baxışda bir neçə ay öncə müharibəni Azərbaycana uduzmuş Ermənistan üçün kədərli görünə bilər. Lakin uzunmüddətli perspektivdə indiki vəziyyət Ermənistan, Azərbaycan və bütövlükdə region üçün vədedici görünür. Nəqliyyat və iqtisadi əlaqələrin qurulması hər iki dövlətin xeyrinədir.
Müəllif xatırladıb ki, I Qarabağ müharibəsində Ermənistan Azərbaycan torpaqlarını işğal edib müəyyən üstünlük qazansa da, iqtisadi imkanlar baxımından məğlub olmuşdur. Qafqazın digər iki ölkəsi - Azərbaycan və Gürcüstan enerji və nəqliyyatla əlaqədar çoxsaylı iqtisadi layihələr həyata keçiriblər. Bu layihələr hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://republic-underground.com/what-the-future-might-look-like-for-the-s-caucasus-post-karabakh-conflict/