Çex Respublikasında 20 Yanvar şəhidləri yad edilib

22.01.2021

Praqa şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə ölkəmizin Çex Respublikasındakı səfirliyində təşkil olunan tədbir şəhidlərimizin xatirəsinin yad edilməsilə başlayıb.
Tədbirdə çıxış edən səfir Adış Məmmədov yaxın tariximizə ekskurs edərək həmin dövrdə cərəyan edən siyasi proseslər haqqında danışıb. 20 yanvar hadisələrinin, eyni zamanda ölkəmizin müstəqilliyi uğrunda müqəddəs mübarizəsi, xalqımızın qəhrəmanlıq salnaməsi kimi tarixə həkk olunduğu vurğulanıb.
Tədbirdə 20 Yanvar qətliamını əks etdirən fotolar nümayiş olunub.