Torontoda 20 Yanvar şəhidləri yad edilib

22.01.2021

Azərbaycan-Kanada Multikultural Mərkəzinin təşkilatçılığı ilə Toronto şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Onlayn formatda gerçəkləşdirilən tədbir Azərbaycan, Türkiyə, İran, Kanada və ABŞ-dan incəsənət xadimlərinin iştirakı ilə baş tutub.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, 20 Yanvar faciəsi və Vətən müharibəsini əks etdirən videogörüntülərin nümayişi və ilə başlayıb.
Tədbir iştirakçıları 31 il əvvəl – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələrinin Bakıya yeridildiyini, dinc əhaliyə qarşı vəhşiliklər törədildiyini və günahsız insanların kütləvi şəkildə qətlə yetirildiyini xatırladıblar. Onlar Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı cinayətini kəskin şəkildə pisləyiblər, indiyədək günahkarların ədalət mühakiməsinə cəlb olunmadığını nəzərə çatdırıblar.
Həzin musiqi parçalarının ifa olunduğu və şeirlərin səsləndirildiyi tədbir "Facebook" platforması üzərindən birbaşa yayımlanıb:
https://www.facebook.com/watch/live/?v=773412460194760&ref=watch_permalink