Florensiya şəhər kommunası rəsmi saytında 20 Yanvar faciəsi haqqında məlumat verib

22.01.2021

"İtaliyada Azərbaycan icması" təşkilatının sədri Turan Sadıqinin təşəbbüsü ilə Florensiya şəhər kommunasının rəsmi saytında 20 Yanvar faciəsi haqqında məlumat yayımlanıb.

Məlumatda bildirilib ki, azərbaycanlı icması ilə görüş zamanı Turan Sadıqi şəhər kommunasının rəhbərliyinə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda vətəndaş nümayişlərini kütləvi qırğın törətməklə yatırmasından, bu hadisələrin yüzlərlə dinc insanın, o cümlədən İlham-Fərizə cütlüyünün həyatına son qoymasından danışıb.

Qeyd edib ki, faciə olması ilə yanaşı, tariximizin ən ağrılı gecəsi xalqımıza azad gələcək bəxş edib. Xalqımız ədalətsizliklərə, çoxlu sayda qətliamlara məruz qalsa da həmişə azadlığa can atıb və kommunist rejimindən qurtulmaq üçün mübarizəsini heç bir zaman dayandırmayıb.

Bu barədə daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.comune.fi.it/comunicati-stampa/draghi-fratelli-ditalia-ricorda-lanniversario-del-gennaio-nero-di-baku