Siyasi analitik yəhudi xalqını Azərbaycanla həmrəy olmağa çağırıb

19.01.2021

Kanada mediasında 20 Yanvar faciəsinə həsr olunmuş "Niyə yəhudilər 20 Yanvarda Azərbaycanla həmrəy olmalıdırlar?" başlıqlı məqalə dərc olunub.

Siyasi analitik, Safadi beynəlxalq diplomatiya, araşdırma, ictimaiyyətlə əlaqələr və insan hüquqları mərkəzinin əməkdaşı Reyçel Avraamın qələmə aldığı məqalədə qeyd olunub ki, insan azadlığı və ləyaqətini düşünən hər kəs Sovet İttifaqının Qara Yanvar günü etdiklərini heç vaxt unutmamalıdır.

Məqalədə millətlərin çoxmədəniyyətliliyi ilə qürur duyan, diskriminasiyanın hər növünü pisləyən, dini məbədlərin, o cümlədən sinaqoqların sərbəst şəkildə fəaliyyət göstərdiyi Azərbaycan kimi ölkələrə minnətdarlıq ifadə edilib. Məhz, buna görə yanvarın 20-də dünyadakı yəhudi xalqı Azərbaycanla həmrəy olmalıdır.

20 Yanvar faciəsinin xalqımız üçün böyük tarixi əhəmiyyət kəsb etdiyinə, Milli Hüzn Günü olduğuna diqqəti cəlb edən məqalədə ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin, Universitetin dekanı Anar Vəliyevin və tanınmış hüquqşünas, "Sumqayıt – SSRİ-nin dağılmasının başlanğıcı" kitabının müəllifi Aslan İsmayılovun fikirlərinə yer verilib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.thej.ca/2021/01/14/why-jews-should-stand-in-solidarity-with-azerbaijan-on-january-20/