Dünya azərbaycanlılarına!

28.05.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 28 may – Respublika Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib. Təbrik müraciətində deyilir:

Əziz Dünya azərbaycanlıları!!

Sizi xalqımızın milli bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə ən xoş arzularımı bildirirəm.

Parlament respublikası kimi türk və islam dünyasına nümunə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102 ili tamam olur. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 28 May tarixi bütün dünyada qeyd edilir.

Bu gün Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikası möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın dinamik inkişaf edən sülh və sabitlik nümunəsinə, multikultural məkanına çevrilib.

Bir daha bütün soydaşlarımızı 28 may – Respublika Günü münasibətilə təbrik edir və xalqımızın qədim tarixə malik zəngin milli-mədəni irsinin təbliği yolunda uğurlar arzu edirəm.

Yaşasın müstəqil Azərbaycan Respublikası.