“Beyin qazanma proqramı” çərçivəsində onlayn təqdimat keçirilib

12.05.2020

Azərbaycan Texniki Universiteti (AzTU) tərəfindən “Xaricdə yaşayan azərbaycanlılar üçün təhsil imkanları” mövzusunda onlayn təqdimat təşkil olunub.

Onlayn təqdimatda universitetin rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri Nigar Sultanova və nümayəndə heyəti iştirak ediblər. Virtual tədbir zamanı AzTU-nun fakültələri, ixtisaslar və qəbul qaydaları haqqında ətraflı məlumat verilib. Daha sonra təqdimata qoşulan iştirakçıların sualları cavablandırılıb.

Videotəqdimat https://www.facebook.com/braingainprogram ünvanı üzərindən canlı yayımlanıb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ilk dəfə həyata keçirilən “Beyin qazanma proqramı”nın məqsədi xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli tələbələrlə bölüşməsi üçün ölkə universitetlərimizdə mühazirələrin, görüşlərin təşkil edilməsi və soydaşlarımızın təhsil ocaqları ilə əlaqələrinin, eyni zamanda xarici ölkə vətəndaşları olan azərbaycanlı gənclərin Azərbaycan Universitetlərində təhsil almalarına imkan yaradılmasından ibarətdir.