Ulyanovskda çoxuşaqlı ailələrə dəstək göstərilib

15.04.2020

Rusiyanın Ulyanovsk vilayətindəki Azərbaycan diasporu COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində xeyriyyə aksiyasına başlayıb.

Ulyanovskda fəaliyyət göstərən Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri İslam Hüseynovun sözlərinə görə, vilayətin sosial müdafiə orqanları ilə birgə, çətin şəraitdə yaşayan 14 çoxuşaqlı ailəyə ərzaq yardımı göstərilib. Yerli sakinlər göstərilən köməyə görə Azərbaycan diasporuna və sosial müdafiə orqanlarının əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Diaspor rəhbəri qeyd edib ki, xeyriyyə aksiyasının davam etdirilməsi nəzərdə tutulur.