Mahaçqalada 20 ailə ərzaq yardımı ilə təmin olunub

15.04.2020

Azərbaycan diasporunun COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində davam etdirdiyi xeyriyyə kampaniyasının əhatə dairəsi genişlənməkdədir.

Aprelin 15-də Rusiya Federasiyasının Dağıstan Respublikasında fəaliyyət göstərən Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti və onun nəzdindəki "Buta" azərbaycanlı gənclər birliyinin fəalları koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması ilə əlaqədar sosial təcrid şəraitində yaşayan aztəminatlı ailələri ziyarət ediblər. Soydaşlarımız 20 aztəminatlı ailəyə ərzaq yardımı göstəriblər.

Yerli sakinlər çətin məqamda onların köməyinə gələn diaspor üzvlərimizə bu humanitar aksiyaya görə minnətdarlıqlarını ifadə ediblər.