Özbəkistanın dövlət televiziyası Azərbaycandan bəhs edib

18.01.2020

"Uzbekiston" dövlət televiziyasında Azərbaycana həsr olunmuş veriliş yaymlanıb.

Dünya xalqlarının tarixi və mədəniyyətindən bəhs edən "Özbəkistan - ümumi evimizdir" adlı verilişdə xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, milli adət-ənənələri və mətbəxindən danışılıb. Qeyd edilib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, Özbəkistanın Türk Şurasına üzv olması ölkələrarası əməkdaşlıq üçün yeni imkanlar açıb.

Dost və qardaş ölkədə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin gerçəkləşdirdiyi layihə və tədbirlərə diqqət cəlb edilib. Burada yaradılmış muzeylər (Heydər Əliyev muzeyi, “Azərbaycan tarixi və dövlətçiliyi muzeyi” “Odlar yurdunun naxışları"), kitabxana barədə ətraflı məlumat verilib. Mərkəzin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblının ifasında milli rəqslərimiz təqdim olunub.

Veriliş yerli ictimaiyyət arasında böyük maraq doğurub.