Nümayəndə heyətinin səfəri İsrail mediasında da işıqlandırılıb

27 Noyabr, 2019

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun rəhbərliyi ilə noyabrın 23-dən 25-dək İsraildə səfərdə olan nümayəndə heyəti İsrailin ətraf mühitin mühafizəsi naziri Zeev Elkin və Xarici İşlər Nazirliyinin “Avrasiya-2” şöbəsinin direktoru İtsax Karmel Kaqanla, Knessetin deputatı Mark İfraimovla görüşlər keçirib. Bundan başqa, Akkoda və ətraf şəhərlərdə yaşayan Azərbaycan icması ilə bir araya gələn Komitə nümayəndələri burada yerləşən “Modkon” şirkətinə də baş çəkib.
DİDK təmsilçiləri Təl-Əvivdə “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının III qurultayında iştirak edib. Dövlət Komitəsinin sədri Fuad Muradov qurultayda geniş çıxış edərək son dövrlərdə bu sahədə görülən işlərdən danışıb, həmçinin “Azİz”`in fəaliyyətini təqdir edib.
Daha sonra DİDK nümayəndələri “Şah-Dağ” İsrail-Azərbaycan Cəmiyyətinin üzvləri ilə görüşüb, müzakirələr aparıblar.
Dövlət Komitəsinin sədri Fuad Muradov İsrailə səfəri çərçivəsində bu ölkənin nüfuzlu “The Times of İsrael” qəzetinə müsahibə verib. Larri Lüksnerin müsahibə əsasında hazırladığı məqalədə Azərbaycan diasporu, ölkəmizdən İsrailə köçən yəhudi icması, nümayəndə heyətinin səfəri, görüşlərindən yazır. Müəllif, Fuad Muradovun fikirlərinə də geniş yer ayırıb. DİDK sədri iki dövlət arasında diplomatik, ticarət və digər sahələrdə qurulan əməkdaşlıqdan, bu ölkə Azərbaycandan köçmüş 70 minədək yəhudinin yaşamasından və Azərbaycanda tarixən yəhudilərə tolerant münasibətin mövcudluğundan danışıb.
Bundan başqa, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının III qurultayı təşkilatın saytında (aziznews.ru), eləcə də “STMEGİ” dağ yəhudilərinin beynəlxalq xeyriyyə fondunun internet saytında, “Modkon” şirkətində keçirilən görüş isə şirkətin saytında ətraflı şəkildə işıqlandırılıb.
Nümayəndə heyətinin səfəri ilə bağlı İsrail mətbuatında yayımlanmış informasiyalarla aşağıdakı linklərdə tanış olmaq mümkündür.

https://blogs.timesofisrael.com

https://stmegi.com

http://aziznews.ru

https://modcon.ru