Fərid Qardaşxanov Ontario çempionu olub

15 Noyabr, 2019

Kanadada yaşayan soydaşımız Fərid Qardaşxanov Cüdo idman növü üzrə Ontario Açıq Cüdo Çempionatının (Ontario Open Judo Championships) qalibi olub.

Qeyd edək ki, Azərbaycan əsilli idmançı yarışda Kanada bayrağı altında çıxış edib. 60 kq çəki dərəcəsində çıxış edən həmvətənimiz finalda rəqibini 1 dəqiqə ərzində məğlub edib və ölkənin ümumi çempionatında iştirak etmək üçün vəsiqə qazanıb.

Digər həmvətənimiz Ruslan Ruslanzadə sözügedən çempionatda 73 kq çəki dərəcəsində çıxış edib və yarışda 5-ci yerə çıxıb.

Xatırladaq ki, Azərbaycanda yaşadığı dönəmdə Fərid Qardaşxanov beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib. O, yeniyetmələr və gənclər arasında Avropa çempionu, 5 qat Azərbaycan çempionu, dünya çempionatının bürünc medalçısı olub.

Kanadalı məşqçilər hesab edirlər ki, F.Qardaşxanov və R.Ruslanzadə perspektivli idmançılardır və yaxın gələcəkdə hər iki idmançıdan qələbələr gözlənilir.

Çempionu təbrik edir, hər iki həmvətənimizə uğurlar arzulayırıq.