Türkiyəli qonaq Dövlət Komitəsində olub

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi nəzdində Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqlar Başqanlığının sədr müavini Sayit Yusuf Diasporla İş üzrə Dövlət Komitəsində olub.
Görüşdə ikitərəfli münasibətlərin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub.
Sədr müavini təmsil etdyi qurumun fəaliyyətinə toxunaraq, 2018-2019-cu illərdə Türkiyədə keçirilməsi planlaşdırılan mühüm tədbirlər haqqında məlumat verib.
Qeyd olunub ki, hər iki ölkənin diasporu gücünü birləşdirməli və Avropada fəaliyyətlərini genişləndirməlidir.
Görüşdə Azərbaycan və Türkiyənin dövlət başçılarının hər zaman türkdilli xalqlar arasında milli birliyin möhkəmləndirilməsinə xüsusi önəm verdikləri bir daha xatırlanıb.