Diaspor könüllüləri ADA Universitetinin magistr proqramı haqqında məlumatlandırılıb

08 noyabr 2019

Diasporla İş üzrə Dövlət Komitəsində ADA Universitetinin tələbə qəbulu və qeydiyyat şöbəsinin magistr proqramları üzrə kuratoru Leyla Əliyeva ilə görüş keçirilib. Görüşdə məqsəd “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarını və Komitə əməkdaşlarını ölkəmizin nüfuzlu ali məktəbi olan ADA Universitetinin magistr proqramı haqqında məlumatlandırmaqdır.

Görüş iştirakçılarına ADA Universitetinin tarixi, kadr hazırlığı, fakültələri, müəllim heyəti ilə bağlı fakt və rəqəmlər təqdim edilib, statistik göstəricilər səsləndirilib. Universitetin beynəlxalq əlaqələri, təhsildə güzəşt şərtləri, pulsuz təhsil imkanları və s. barədə danışan L.Əliyeva görüş iştirakçılarının diqqətinə çatdırıb ki, ADA məzunlarının məşğulluq göstəriciləri də yüksəkdir.

Sonda magistr proqramına maraq göstərən iştirakçıların sualları cavablandırılıb.