Estoniya azərbaycanlıları intellektlərini sınayıblar

04 noyabr 2019

Estoniyanın Tallinn və Tartu şəhərlərində “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd bu ölkənin müxtəlif şəhərlərində yaşayan və təhsil alan azərbaycanlı tələbə və gənclərin asudə vaxtının səmərəli təşkili, onların şəbəkələşməsinə töhfə vermək olub.
Azərbaycan Tələbə Cəmiyyətinin təşkilatı dəstəyilə gerçəkləşən “Payızın 36 anı” adlı intellektual yarışda bir neçə komanda iştirak edib. Birincilik uğrunda gərgin mübarizə Tallinndə “Ekspromt”, Tartuda isə “Tartu035” komandalarının qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, Azərbaycan Tələbə Cəmiyyəti intellektual yarışların təşkil olunmasında müəyyən təcrübəyə malikdir. Cəmiyyət gələcək fəaliyyətində də müxtəlif tədbirlərin keçirilməsini davam etdirmək niyyətindədir.