Mülazim Kardelen Pasha Dövlət Komitəsində olub

İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyinin sədri Mülazim Kardelen Pasha Diasporla İş üzrə Dövlət Komitəsinin qonağı olub. Dərnək sədri ilə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və yeni layihələr barədə müzakirələr aparılıb. Görüşdə qeyd olunub ki, İzmir şəhərindəki müxtəlif bələdiyyələrin ərazilərində Azərbaycan-Türkiyə Dostluq parkları salınıb, Xocalı abidələri ucaldılıb, Karşıyaka bələdiyyəsinin ərazisində ümummilli lider Heydər Əliyevin büstünün açılışı olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyədə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi ilə bağlı təklif və tövsiyələrini verib.