Pyatiqorskda “İdman sağlam nəslin rəhnidir” mövzusunda konfrans keçirilib

01 noyabr 2019

Stavropolun Pyatiqorsk şəhərində “İdman sağlam nəslin rəhnidir” adlı konfrans keçirilib.
Tanınmış kikboksçu, Rusiya, Avropa və Dünya çempionu Xəyal Caniyevin iştirak etdiyi tədbir Pyatiqorsk Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (PAMMM) gənclər təşkilatının sədri Araz Məhərovun təşkilati dəstəyi ilə gerçəkləşib. Konfransda PAMMM sədri Təhmasib Zeynalov, müavinlər Cavanşir İsmayılov, Namiq Məmmədov, Muxtariyyətin gənclər təşkilatının sədri Araz Məhərov, müavin Elçin Cənnətov, "Şirxan" klubunun boks, cüdo, kikboksinq üzrə məşqçiləri Vasif Kazımov, Səməd Rəhimov, İnqilab Novruzov, peşəkar boksçu Elşad Məmmədov çıxış edərək, idmanın əhəmiyyətini qeyd edib, çempion titulunu dəfələrlə qazanmış Xəyal Caniyev kimi həmvətənimizlə qürur duyduqlarını və onun gənc soydaşlarımıza nümunə olduğunu bildiriblər. Çıxış edənlər gənc nəslin idmanın müxtəlif növlərinə cəlb olunmasının, informasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə sağlam nəslin yetişməsi baxımından, xüsusilə böyük əhəmiyyət daşıdığını bildiriblər.
X.Caniyev gənc soydaşlarımıza düzgün məqsəd seçməyi, öz hədəflərinə yetişmək üçün çoxlu çalışmağı tövsiyə edib və qələbə qazanaraq yüksək kürsüləri fəth etməyə çağırıb. Sonra çempion sevimli fəndlərini nümayiş etdirərək gənclərə ustad dərsi keçib.