Yunanıstanda “Odlar yurdu – Azərbaycan” fotosərgisi açılıb

30 oktyabr 2019

Yunanıstanın Saloniki şəhərində “Odlar Yurdu – Azərbaycan” adlı fotosərginin təntənəli açılış mərasimi keçirilib.
Tədbir "Yunanıstanda Azərbaycan Günləri” layihəsi çərçivəsində gerçəkləşib. Məqsəd - Azərbaycanın tarixi və turizm bölgələrini yunan xalqına, eləcə də bu ölkədə yaşayan müxtəlif icmalara tanıtmaq və iki dövlət arasında qarşılıqlı mədəni əməkdaşlığı inkişaf etdirməkdir.
Sərgiyə dəstəyi Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu, "QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Diaspor Gəncləri Platforması göstərib.
Açılış mərasimində xarici ölkə səfirliklərinin, yerli QHT və KİV-lərin nümayəndələri iştirak ediblər. Sərgidə nümayiş olunan, ölkəmizin əsrarəngiz təbiətini və qədim tarixi abidələrini əks etdirən şəkillər ziyarətçilərin böyük marağına səbəb olub.
Tədbir yerli mətbuatda geniş işıqlandırılıb.