Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Dövlət Komitəsində olub

23 oktyabr 2019

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qjorjiyev, təşkilatın Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Argentina Sabadoş Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Komitə sədri qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib və dünyada azərbaycanlıların yayılma coğrafiyası haqqında danışıb.
Görüşdə diaspor və miqrasiya mövzusunda fikir mübadiləsi aparılıb, yerdəyişmə zamanı insanların inteqrasiyası və milli kimliyin qorunması məsələləri müzakirə olunub.
Qonaqlar iki qurum arasında mövcud əməkdaşlığın perspektivləri barədə təkliflərini səsləndirib, birgə layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd ediblər.