Kamden Kollecində Dövlət Himnimiz səsləndirilib

08 oktyabr 2019

Nyu Cersi Ştatında Kamden Kollecinin (Camden County College) Beynəlxalq günü keçirilib.

Tədbirdə ölkəmizi Amerika Azərbaycan Cəmiyyəti (AAC) təmsil edib. Açılış mərasimində digər dövlətlərlə yanaşı, Azərbaycanın da Dövlət himni səsləndirilib.

Azərbaycan guşəsində üçrəngli bayraqlar, adət-ənənələrimizi əks etdirən xalçalar, milli geyimlər, kitablar, müxtəlif suvenirlər nümayiş etdirilib, soydaşımız Azər Dəmirov skripkada müxtəlif musiqi əsərləri ifa edib. Tədbirdə Hartford Universitetinin professoru piano ifaçısı Kamilla Məmmədova iştirak etmişdir.

AAC-ın sədri Tomris Azəri bu dəvətə görə kollecin rəhbərliyinə minnətdarlığını bildirib.