Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq möhkəmlənir

04 oktyabr 2019

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qjorjiyev, təşkilatın media ilə əlaqələr üzrə məsləhətçisi İlqar Xudiyev Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Görüşdə iki qurum arasında mövcud əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub, həmçinin yeni layihələr barədə təkliflər səslənib, fikir mübadiləsi aparılıb.