Bakıda diaspor institutlarının roluna dair dəyirmi masa keçirilib

04 oktyabr 2019

Oktyabrın 3-də Bakı Slavyan Universitetində “Dövlətin dayanıqlı inkişafında diaspor institutlarının rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK), Avrasiya Xalqları Assambleyası (AXA), Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti (BSU), Sverd-lovsk vilayətinin milli-mədəni birliklərinin assosiasiyası təşkil edib. Dəyirmi masa-da Prezident Administrasiyasının, Milli Məclisin, qeyri-hökumət təşkilatlarının, KİV-lərin nümayəndələri, ekspertlər, təhsil xadimləri və tələbələr iştirak ediblər.
Tədbirdə müasir dünyada diaspor, ölkənin dayanıqlı inkişafı üçün regional kontekst və potensial, ölkənin daxili və xarici siyasətində diasporun birləşdirici rolu, cəmiyyətin dayanıqlı inkişaf amili kimi diaspor daxilində ictimailləşmə modeli, etnik diasporların fenomeni, beynəlxalq əlaqələr sistemində diasporun yeri, iqtisadi sosial-mədəni və ictimai-siyasi potensial, diasporda milli eyniliyin saxlanılması, qlobal kommunikasiya məkanında müasir diasporlar kimi məsələlər müzakirə olunub.
Tədbirə BSU-nun prorektoru, filologiya elmləri doktoru Rafiq Novruzov və Sverdlovsk vilayətindəki AXA qeyri-hökumət təşkilatlarının Beynəlxalq İttifaqının Nümayəndəliyinin rəhbəri Marina Plyasunova moderatorluq ediblər.
BSU-nun rektoru Nurlana Əliyeva, AXA-nın baş katibinin müavini, siyasi elmlər doktoru Svetlana Smirnova, Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və Sverdlovsk vilayətindəki milli-mədəni birliklərin assosiasiyasının idarə heyətinin sədri Fərrux Mirzəyev tədbir iştirakçılarını salamlayıblar.
M.Plyasunova qeyd edib ki, tədbir Azərbaycan-Rusiya münasibətlərinin və qarşılıqlı anlaşmanın nəticəsidir. O, qeyd edib ki, bu anlaşma DİDK nümayəndə-lərinin Yekaterinburqa səfəri zamanı əldə olunub və Bakıda sözügedən tədbirin keçirilməsilə nəticələnib.
AXA-nın baş katibinin müavini, siyasi elmlər doktoru Svetlana Smirnova yüksək səviyyəli tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Dövlət Komitəsinə xüsusi təşəkkürünü bildirib.
Dövlət Komitəsinin sədri Fuad Muradovun adından dəyirmi masa iştirakçılarını salamlayan R.Quliyev bildirib ki, cəmiyyətin hörmətli simalarının bu tədbirə qatılması diaspor mövzusunun prioritet məsələ olduğunu göstərir: “Azərbaycan diasporu Rusiya Federasiyasında ən fəal diasporlardan biridir. Xalqlar Assambleyasının günlərinin burada keçirilməsi və onun nümayəndə heyətinin tərkibində Azərbaycan diasporunun təçsilçilərinin olması buna bariz nümunədir”.
Komitə nümayəndəsi qeyd edib ki, Azərbaycan bir çox ölkələrlə, o cümlədən Rusiya ilə müxtəlif fəaliyyət sahələrində böyük əməkdaşlıq potensialına malikdir. Bu mənada iki ölkənin qarşılıqlı əməkdaşlığında diaspor təşkilatlarının mühüm rol oynadığını qeyd etmək olar.
Son dönəmdə Dövlət Komitəsinin bir sıra əhəmiyyətli tədbirlər keçirdiyinə, müxtəlif sahələrdə diaspor təşkilatlarının aktivləşməsi, daha səmərəli fəaliyyət göstərməsinə təsir edən layihələr gerçəkləşdirdiyinə diqqəti cəlb edən natiq bildirib ki, bu işlər davam etdiriləcək.
Daha sonra çıxış edənlər tədbirin əhəmiyyətini vurğulayaraq, gələcəkdə də belə tədbirlərin keçirilməsinin zəruri olduğunu bildirdilər.