Azərbaycanlılar Koreyada xeyriyyə bazarında iştirak edib

03 oktyabr 2019

“BUTA” Azərbaycan-Koreya Dostluq Assosiasiyası Azərbaycan Respublikasının Koreyadakı Səfirliyi ilə birgə Qırmızı Xaç cəmiyyətinin Koreya ofisi tərəfindən təşkil olunan xeyriyyə bazarında iştirak edib.

Xeyriyyə bazarına gələn qonaqlara Azərbaycan mədəniyyətini, təbiətini, ölkəmizin inkişafını, tarixi və müasir memarlıq abidələrini əks etdirən fotoşəkillər, kitab və jurnallar, suvenirlər nümayiş etdirilib. Azərbaycan pavilyonunu ziyarət edənlər, həm də milli şirniyyatlarla tanış olmaq imkanı əldə ediblər. Qonaqlar Azərbaycan stendinə xüsusi maraq göstərib. Tədbirdən əldə olunan gəlir isə Qırmızı Xaç cəmiyyətinin xeyriyyə fonduna bağışlanıb.

Tədbirdə “BUTA” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının üzvü və "Nəsimi 650" Diaspor Gənclərinin II Yay Düşərgəsi layihəsinin iştirakçısı Mələk Cabarova fəal iştirak edib.