“Azərbaycan Diaspor Könüllüləri”nə təlimlər davam etdirilir

01 oktyabr 2019

Diasporla İş üzrə Dövlət Komitəsində “Azərbaycan Diaspor Könüllüləri” proqramının ikinci qrupuna təlimlər davam etdirilir. Bu məqsədlə, ASAN Təlim-Tədris Mərkəzinin müdiri, dosent Nazənin Hüseynova və Mərkəzin təlimçisi Asəf Zeynalov gənclərə könüllülük fəaliyyəti ilə bağlı təlimlər keçib. Təlimlərdə gənclərə Azərbaycanda könüllülər hərəkatının formalaşması barədə informasiya verilib, könüllülük anlayışı, bu fəaliyyətin gənclərin peşəkar inkişafında rolu izah olunub.

Könüllülər, eyni zamanda mütəmadi şəkildə “Azərbaycan diaspor könüllüləri” proqramının ilk qrupunun məzunları ilə də görüşlər keçirir. Xatırladaq ki, proqramın ilk qrupunun üzvlərinin bir çoxu hal-hazırda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər.

Qeyd edək ki, bu cür təlim və görüşlərin keçirilməsi “Azərbaycan Diaspor Könüllüləri” proqramının tərkib hissəsidir və davamlı olması nəzərdə tutulur.