Özbəkistandakı festivalda ölkəmiz təmsil olunub

27 Sentyabr, 2019

Özbəkistanın dövlət müstəqilliyinin 28-ci ildönümünə həsr olunmuş “Tasano-2019” Beynəlxalq milli mətbəx və mədəniyyət festivalı keçirilib. Tədbirdə Azərbaycan Milli-Mədəni Respublika Mərkəzi və “Qardaşlıq” Azərbaycan Mədəni Mərkəzinin üzvləri də iştirak ediblər.

Festivalda Azərbaycanın milli müsiqi, rəqs, mətbəx, şirniyyat və çay nümunələri sərgilənib. Proqramın konsert hissəsində Azərbaycanın Əməkdar artisti Kokyab Əliyevanın rəhbərlik etdiyi “Azərbaycan qızları” rəqs ansamblı, müğənni Yusif Əliyev, aşıq İlham-Şahin Abdullayev çıxış ediblər.

Soydaşlarımızın festivalda iştirakına maddi dəstəyi “Bakı şirniyyatı” və “Bakinka” kafelərinin rəhbərliyi göstərib.

Özbəkistanın Nazirlər Kabineti yanında beynəlxalq münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri üzrə komitə tədbirdə fəal iştiraklarına görə həmyerlilərimizi Fəxri fərman və qiymətli mükafatlarla təltif edib.