Diaspor rəhbəri Mahaçqaladakı forumda çıxış edib

25 Sentyabr, 2019

Sentyabrın 24-25-də Mahaçqalada gənc həmvətənlərin forumu keçirilib. “Rusiya – tariximdir” müzey kompleksində baş tutan tədbirdə Dağıstan Respublikasının siyasi rəhbərliyi, hökumət nümayəndələri və baş axundu iştirak ediblər.

Foruma dəvət olunanlar arasında Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov da olub. O, tədbirdə çıxış edərək, Azərbaycan və Dağıstan arasında əsrlər boyu mövcud olan yüksək səviyyəli münasibətlərdən və dostluq əlaqələrindən danışıb.

Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev çıxışı zamanı həmyerlimizin ölkələrimizlə bağlı söylədiyi fikirləri dəstəkləyib. Forum çərçivəsində R.Əzizovla görüşərkən V.Vasilyev bir daha vurğulayıb: “Azərbaycan bizim dostumuz və qardaşımızdır”.