Azərbaycanlı rəssamın Neapol uğuru

19 Sentyabr, 2019

Sentyabrın 18-də İtaliyanın Neapol şəhərində azərbaycanlı rəssam Elay Məmmədovun fərdi rəsm sərgisinin açılış mərasimi keçirilib.
“Palazzo Fondi” sərgi salonunda keçirilən tədbir Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Açılış mərasimində Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniliyo, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elvin Əsgərov, Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov, İtaliyadakı azərbaycanlı icmasının təmsilçiləri, yerli KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İtaliyada yaşayan və yaradıcılığında monoxrom üsluba üstünlük verən rəssam Elay Məmmədovun əsərləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sərgi sentyabrın 22-dək davam edəcək.