Xalq yazıçısı Anar ilə görüş keçirilib

Daşkənddə “Klassik və müasir özbək ədəbiyyatının xarici ölkələrdə təbliği və populyarlaşdırılmasının aktual məsələləri” mövzuda beynəlxalq konfrans keçirilib. Azərbaycan diaspor nümayəndələrinin də iştirak etdiyi konfrans çərçivəsində, Xalq yazışısı Anar ilə görüş keçirilib. Tədbirdə Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyəti, Özbəkistanın tanınmış şair və yazıçıları iştirak edib. Görüş böyük Azərbaycan şairi Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsi önünə çiçək dəstələrinin qoyulması ilə başlayıb. Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid, Yazıçı Firuz Mustafa, Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov və digər çıxış edənlər Azərbaycan yazıçıları arasında Anarın Özbəkistanda daha populyar olduğunu bildirib, onun əsərlərinin bu ölkədə çox sevildiyini qeyd ediblər.