İnteqrasiya Mərkəzi “Gənc liderlər” yay məktəbi layihəsini uğurla həyata keçirir

16 Avqust, 2019

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) “Gənc liderlər” yay məktəbinin seminarları davam edir.

Növbəti seminar Gürcüstan Xalq Müdafiəçisi (Ombudsman) Aparatının təmsilçiləri Məryəm Qvidiani və Muradxan Hüseynovun moderatorluğu ilə baş tutub. Onlar gənclərə qurumun fəaliyyətindən və gender bərabərliyindən bəhs ediblər. Tədbir moderatorların “gənc liderlər”in suallarına ətraflı cavab vermələrilə yekunlaşıb.

Mərkəzin “Gənc liderlər” yay məktəbi avqustdan fəaliyyətə başlayıb. Bu layihə çərçivəsində vətəndaş cəmiyyəti, münaqişələrin həlli, insan hüquqları, gender bərabərliyi, təhsil, uğurlu layihələrin yazılması, xaricdə təhsil və sair mövzuları əhatə edən seminarlar keçirilir. Layihədə 16-25 yaş arası gənclər iştirak edirlər.

Xatırladaq ki, avqustun 2-də baş tutan ilk seminar vaxtın idarə edilməsi mövzusuna həsr olunmuşdu. Avqustun 19-da isə yay məktəbinin iştirakçılarına “Layihə Yazma Texnikası” izah ediləcək. Bu təlim GAİM-in idarə heyətinin sədri Murad Muradovun moderatorluğu ilə həyata keçiriləcək.