Niderland mətbuatı Azərbaycan mətbəxindən yazıb

30 iyul 2019

Niderland Krallığının “De Lumburger” qəzetində Azərbaycan mətbəxi haqqında məqalə dərc olunub.

Məqalədə milli mətbəximizin məşhur təamlarından biri olan yarpaq dolmasının məhz Türk-Azərbaycan mətbəxinə aid olmasından söhbət açıllıb. Azərbaycan dolmasının hazırlanma mərhəsi, süfrəyə verilməsi barədə ətraflı məlumat verilib və resepti oxuculara təqdim edilib.

“De Lumburger” qəzeti bu mövzu ilə bağlı Maastrixt şəhərində fəaliyyət göstərən “Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” cəmiyyətinin rəhbəri İradə Uluxanlının fikirlərinə də yer ayırıb. Diaspor rəhbəri açıqlamasında təkcə yarpaq dolması haqda deyil, həmçinin mədəniyyətimizin və mətbəximizin zənginliyindən, xalqımızın qonaqpərvərliyindən danışıb.