Azərbaycanlı dizaynerin kolleksiyası Nyu-York Moda Həftəsində təqdim ediləcək

Türkiyədə yaşayan Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda Həftəsi çərçivəsində “Power of Fire” (“Alovun gücü”) adlı yeni kolleksiyasını təqdim edəcək. Rüfət İsmayılın kolleksiyası sentyabrın 7-də dünya şöhrətli dizaynerlərin öz kolleksiyalarını təqdim etdikləri əfsanəvi “Spring Studio” moda məkanında nümayiş etdiriləcək. İsmayılın əsas modeli məşhur azərbaycanlı model Günay Musayeva olacaq. Moda həftəsində Azərbaycan ilk dəfə təmsil olunacaq.
Rüfət İsmayıl uzun müddətdir bu sahədə fəaliyyət göstərir. O, “Afffair” moda brendinin əsasını qoyub. Dizaynerin kolleksiyaları təkcə Türkiyədə deyil, həmçinin İtaliya, İran, Türkiyə, BƏƏ və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib.