Soydaşlarımız ordumuzu təbrik edirlər

27 iyun 2019

Saloniki şəhərində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində baş tutan tədbiri açan təşkilat sədri Rəşid Məmmədov soydaşlarımızı bu bayram münasibətilə təbrik edib. O, bildirib ki, istər Ümummilli lider Heydər Əliyevin, istərsə də onun layiqli davamçısı İlham Əliyevin hakimiyyəti dövründə atılan addımlar və görülən işlər Silahlı Qüvvələrimizin Qafqazda ən müasir və qüdrətli orduya çevrilməsilə nəticələnib. Bütün dünya Aprel döyüşləri zamanı bunun şahidi oldu.

Daha sonra "Son nəfəsədək" bədii filmi nümayiş etdirilib. Film Qarabağ müharibəsinin ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə edir. Real hadisələr əsasında çəkilən filmdə qəhrəmanların göstərdiyi rəşadət canlandırılıb.