Niderlandda Milli Qurtuluş Günü qeyd olunub

15 iyun 2019

Niderlandın Drenthe vilayətinin Assen şəhərində Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib.

Niderlanddakı “Odlar Yurdu” cəmiyyətinin sədri Firəngiz Bağırovanın təşkilati dəstəyilə baş tutan konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib. Əsərlər Klankrijk Drenthe musiqi məktəbinin şaqirdlərinin ifasında tamaşaçılara təqdim olunub.

F.Bağırova qeyd edib ki, diasporumuzun keçirdiyi tədbirlərdə tamaşaçıların sayının ildən-ilə artdığını görmək sevindiricidir.