Torontoda 6 yaşlı soydaşımız gümüş medala layiq görülüb

02 İyun 2019

Kanadanın Toronto şəhərində keçirilən idman yarışında kiçik yaşlı soydaşımız uğur qazanıb. “Dostluq yarışı” adı ilə keçirilən yarışda 6 yaşlı soydaşımız Məhəmməd Səid həmyaşıdlarının daxil olduğu qrup üzrə yüksək nəticə göstərərək, ikinci yerə çıxıb. Con Lo Beynəlxalq Taekvando Məktəbi (John Lau International School of TaeKwon-Do) tərəfindən təşkil edilən yarış olduqca maraqla qarşılanıb.

Qeyd edək ki, Con Lo Beynəlxalq Taekvando Məktəbi 30 ilə yaxındır ki, fəaliyyət göstərir. Məktəbdə müxtəlif millətlərdən olan uşaqlar idmanla məşğul olurlar. M.Səid bu məktəbdə taekvando ilə məşğul olan ilk azərbaycanlıdır. Məktəbdə ilk yarışına çıxan Məhəmməd Səid gümüş medala layiq görülüb.