Soydaşlarımız Kabardin Balkardakı uşaqları sevindiriblər

01 İyun 2019

Azərbaycan diasporunun üzvləri Kabardin Balkardakı Ailə və Uşaqlara Sosial Yardım üzrə Respublika Mərkəzini ziyarət ediblər.

Tədbirə təşkilati dəstəyi Rusiyanın Stavropol vilayətinin Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Cəmiyyəti göstərib. Azərbaycan icmasının üzvləri mərkəzdəki uşaqları müxtəlif hədiyyələrlə sevindirərək, onlar üçün əyləncəli tədbir təşkil ediblər.

Sonda əllərində Azərbaycan və Rusiya bayraqları tutan uşaqlarla birlikdə xatirə şəkli çəkilib.