Respublika Günü şərəfinə Kiyevdə mini-futbol turniri keçirilib

30 may 2019

Mayın 26-da Kiyev şəhərində 28 May - Respublika günü münasibətilə Beynəlxalq mini-futbol turniri keçirilib.

Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı və Azərbaycanın Dövlət Neft Şirkətinin birgə təşkil etdiyi yarışda müxtəlif millətlərdən olan tələbə gənclər iştirak ediblər. Onlar Azərbaycanı, Türkmənistanı, İranı, Hindistanı, Fələstini və Ərəb Beynəlxalq komandasını təmsil ediblər.

Turnirin qalibi İran komandası olub. İkinci yerə Azərbaycan komandası çıxıb. Fələstin komandası üçüncü yeri tutub.