“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsində maraqlı görüşlər davam edir

Düşərgə iştirakçılarının növbəti maraqlı görüşlərindən biri də Aqşin Əliyevlə keçirildi. Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrasının rəhbəri Aqşin Əliyev diaspor gəncləri ilə görüşdə bildirdi ki, hazırda Çində 30 000-ə yaxın soydaşımız yaşasa da, azərbaycanlıları birləşdirən heç bir təşkilat yoxdur. Bununla belə, Çində fəaliyyət göstərən bir çox assosiasiyalar vasitəsilə Azərbaycan elmini, tarixi həqiqətlərimizi və yeni nailiyyətlərimizi dünyaya çatdırmağa çalışırıq. Rəhbərlik etdiyi kafedra haqqında məlumat verən Aqşin Əliyevlə diaspor gəncləri arasında maraqlı interaktiv müzakirələr aparıldı. A.Əliyev gənclərlə yeni ideyalar ətrafında birləşmək və beynəlxalq siyasi müstəvilərdə Azərbaycanla bağlı həqiqətlərin daha evvektiv səsləndirilməsi yolları barədə fikir mübadiləsi apardı.
Görüşdə iştirak edən, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan Heyətinin rəhbəri Səftər Rəhimlinin diaspor gəncləri ilə maraqlı fikir mübadiləsi olub. O, diaspor hərəkatının müxtəlif istiqamətləri barədə gənclərə geniş məlumat verərək diaspor hərəkatının gücləndirilməsi, dünya azərbaycanlılarının birləşdirilməsi, eyni müstəvidə fəaliiyət göstərməsi imkanlarını dərindən təhlil edib.
Müzakirələr “Diaspor Jurnalistləri” Birliyinin sədri Fuad Hüseynzadə və “Azərbaycan-Kipr Dostluq Cəmiiyəti”nin sədri Orxan Həsənoğlunun iştirakı ilə davam edib. Bildirilib ki, gənclərin aktivliyi yeni nəsil diasporun formalaşması deməkdir. Bu, həm də diaspordaki təbii yenilənmə prosesidir. Qeyd edilib ki, bu günün ictimai fəal gəncləri gələcəyin diaspor liderləri, milli dəyərlərimizin və maraqlarımızın fəal təbliğatçılarıdır.
Fuad Hüseynzadə ölkələr və ya regionlar üzrə könüllü qrupların yaradılması ilə daha effektli nəticələrə nail olmağın yollarından danışıb.
Gənclərin potensialını yüksək qiymətləndirən Orxan Həsənoğlu isə diasporların gücünün birləşdirilməsi və xaricdə daha səmərəli fəaliyyətin təşkili mexanizmləri barədə fikirlərini bildirib.
Ümumilikdə, görüş maraqlı fikir mübadiləsi və interaktiv müzakirələrlə müşayiət olunub.