Respublika Günü münasibətilə Kanadada bayrağımız ucaldılıb

27 may 2019

Kanadanın Alberta vilayətinin Kalqari şəhərinin mərkəzində 28 May - Respublika Günü münasibətilə Azərbaycan bayrağının qaldırılma mərasimi keçirilib.

"Calgary City Hall"da baş tutan tədbirdə bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər. Mərasim Azərbaycan Dövlət Himninin ifası ilə başlanıb, milli rəqslərimizlə davam edib. Azərbaycan bayrağı hələ bir müddət şəhərin mərkəzində dalğalanacaq.